İdman
13.11.2018 / 18:21

Kərim Cəfərov və Murad Məmmədov dünya çempionatının yarımfinalında- YENİLƏNİR

Kərim Cəfərov və Murad Məmmədov dünya çempionatının yarımfinalında-
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Yarışın ikinci günündə daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan üçü təsnifat, ikisi isə 1/8 finaldan çıxışına başlayıb.

Murad Məmmədov ilk mərhələdə Özbəkistan idmançısına rahat qalib gəlib. Pəhləvanımız qırğız rəqibini də yolundan kənarlaşdırıb. Məmmədovun 1/4 finalda gürcü güləşçiylə görüşü gərgin mübarizə şəraitində keçib. Əzmkarlıq nümayiş etdirən Murad yarımfinala yüksəlib.

Kərim Cəfərov təsnifat mərhələsində amerikalı rəqibini fasiləyə qədər məğlub edib. Güləşçimiz yapon həmkarını da vaxtından əvvəl üstələyib. Cəfərov qazaxıstanlı rəqibiylə gərgin keçən görüşdən də qalib ayrılaraq, adını yarımfinala yazdırıb.

İslambek Dadov üçün start uğurlu alınmayıb. Təmsilçimiz 1/8 finalda Türkiyə pəhləvanına yenilib.

Eltun Vəzirzadə dünya çempionatına qələbəylə başlamaq imkanı əldə edib. Özbəkistan güləşçisiylə qarşılaşmanın son saniyələrinə 5:4 öndə daxil olan yığma üzvü xalçadan kənara çıxdığı üçün sona 3 saniyə qalmış hesabda geri düşüb və uduzub.

Orxan Nuriyev debütdə macar rəqibinə müqavimət göstərə bilməyib.

60 kq
1/2 final - Murad Məmmədov - Kərəm Kamal (TUR)
1/4 final - Murad Məmmədov - Dato Çxartişvili (GEO) 5:4
1/8 final - Murad Məmmədov - Rüstəm Teişov (KGZ) 4:1
Təsnifat - Murad Məmmədov - İslamcan Bəhramov (UZB) 8:0

67 kq
1/2 final - Kərim Cəfərov - Otto Losonşi (HUN)
1/4 final - Kərim Cəfərov - Meirzxan Şermaxanbet (KAZ) 9:7
1/8 final - Kərim Cəfərov - Ryo Nakahaşi (JPN) 8:0
Təsnifat - Kərim Cəfərov - Nolan Robert Baker (USA) 14:6

72 kq
1/8 final - İslambek Dadov - Çingiz Arslan (TUR) 3:6

82 kq
1/8 final - Eltun Vəzirzadə - Jalqasbəy Berdimuratov (UZB) 5:6

97 kq
Təsnifat - Orxan Nuriyev - Şolt Toeroek (HUN) 1:5


Görüşləri aşağıdakı linkdən izləmək mümkündür:
https://unitedworldwrestling.org/event/senior-u23-world-championships-0

Baxış sayı: 53