Din
13.11.2018 / 17:12

“Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib- FOTO

“Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib-
Noyabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxı rayonunda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-treninqi giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev mənəvi dəyərlərin qorunması və təbliğinin vacibliyini diqqətə çatdırıb. R.Əliyev Şamaxı rayonunda təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun fəaliyyəti və həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

C.Əliyev mənəvi dəyərlərin qorunması və inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin uğurla təşkil edildiyini vurğulayıb.
İcraçı direktor müavini mənəvi sahədə maarifləndirmənin xüsusilə gənclər üçün əhəmiyyətli olduğunu bildirdi.

Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev çıxış edərək dini dəyərlərin mənəvi dəyərlərin tərkib hissəsi olduğunu və bu dəyərləri qorumağın vacibliyini qeyd edib.

Treninqdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov dəyər anlayışı, onun mahiyyəti və mütəffəkkirlərin dəyərlərə verdiyi təriflər haqqında geniş məruzə ilə çıxış edib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Azərbaycan dövlətinin mənəvi dəyərlərin təbliği sahəsində böyük işlər gördüyünü dinləyicilərin diqqətinə çatdırıb.

Seminar-treninqdə müəllimlər və tələbələr çıxış edərək mövzu haqqında fikirlərini bölüşüblər.

“Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib-


“Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib-


“Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib-



İnform.az

Baxış sayı: 49