Mədəniyyət
13.11.2018 / 15:51

Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb- FOTO

Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb-
Azərbaycanın görkəmli rəssamı İbrahim Safinin (Səfiyev) 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin sərgi salonunda rəssamın xatirəsinə həsr olunmuş sərgi təşkil edilib.

Müəllim və tələbələrinəl işlərindən ibarət sərgidə 30-dan artıq rəsm əsəri nümayiş olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, sərgidə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yaradıcılığında realizmə üstünlük verən, dünyanın mütərəqqi ənənələrini davam etdirən, boyakarlığın müxtəlif janrlarında ciddi yaradıcılıq uğurları ilə seçilən rəssam haqqında məlumat verərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri cənab Vasif Talıbovun görkəmli rəssam İbrahim Safinin 120 illik yubileyinin keçirilməsi haqqında 2018-ci il 17 oktyabr tarixli sərəncamını diqqətə çatdırıb.

Təsviri incəsənət kafedrasının müdiri, professor, Xalq rəssamı Hüseynqulu Əliyev rəssamın həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, Şərur rayonunda anadan olan rəssam ilk təhsilini Cəlilkənd məktəbində alıb, sonra İrəvan Müəllimlər Seminariyasında oxuyub.

İki il Moskvadakı Rəssamlıq Akademiyasında təhsil alan İbrahim Səfiyev 1917-ci ildə Naxçıvana qayıdıb, burada rəssamlıqla məşğul olub.

Kiçik yaşlarından rəsmə həvəs göstərən rəssamın 12 yaşında “Araz balıqçıları” adlı ilk rəsm əsərini yaratdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 1923-cü ildə İstanbulda İncəsənət Akademiyasını bitirən rəssam ömrünün sonuna kimi Türkiyədə yaşayıb.

Professor qeyd edib ki, Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi İbrahim Səfiyevin adı əbədiləşdirilib, Türkiyə Respublikasının İstanbul şəhərindəki İstiqlal prospektində onun yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulub.

Sonda sərgiyə baxış olub.

Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb-


Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb-


Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb-



İnform.az


Baxış sayı: 244