Elm-təhsil
13.11.2018 / 15:43

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir- AMEA-da(Foto)

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-
Bu ilin oktyabr ayında tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru Mahmud Kərimovun anadan olmasının 70 illi tamam olub.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, noyabrın 13-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında alimin yubileyinə həsr olunan “Radiasiya prosesləri və onların tətbiqi” adlı beynəlxalq konfrans işinə başlayıb.

Konfransın mövzusu radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radioekologiya, təbabətdə və ətraf mühit problemlərinin həllində radiasiya texnologiyalarının rolu və s. məsələləri əhatə edir.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən də alimlər iştirak edirlər.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə çıxış edərək görkəmli alimin elmi fəaliyyətindən, onunla bağlı xatirələrindən söz açıb. Qeyd edib ki, akademik Mahmud Kərimovun Azərbaycanda fizika elminin inkişafında, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olub. Onun rəhbər¬liyi ilə radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya materialşünaslığı və digər istiqamətlə¬rində yeni fundamental elmi və texniki tədqiqat işləri təşkil edilib.

Natiq akademik M.Kərimovun AMEA-nın prezidenti olduğu müddətdə elm təşkilatçısı kimi ölkəmizdə elminin inkişafında böyük izlər qoyduğunu, akademiyanın elmi əlaqələrinin inkişafında mühüm rolu olduğunu deyib.

Sonra AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov alimin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, onun elmi fəaliyyəti əsasən dielektriklər fizikası ilə bağlı olub. Akademik ilk dəfə olaraq polimer dielektriklərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar prosesləri tədqiq edib. Materialların xassələrinin fiziki üsullarla idarə edilməsi, polimer dielektriklərin elektrik köhnəlməsi və dağılması mexanizmlərini aydınlaşdırıb.

N.Məmmədov ömrünün 40 ilini Azərbaycan elminin inkişafına həsr edən, çoxsaylı elmi kadrlar hazırlamış alimin 200-dən çox elmi əsərin və bir neçə ixtiranın müəllifi olduğunu deyib. Qeyd edib ki, onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri ilə rəsmiləşdirilib.

Daha sonra çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyev, “Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin direktoru, akademik Arif Həşimov, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov və başqaları görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
Noyabrın 14-də başa çatacaq konfrans AMEA-nın Radiasiya Problemləri İnstitutunda plenar məruzələrin dinlənilməsi ilə işinə davam edib.

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-


Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-


Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-


Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-


Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-


Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-


Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-


Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir-




İnform.az



Baxış sayı: 212