Hüquq
13.11.2018 / 14:35

Əkin sahəsində narkotik vasitələr aşkarlanıb- Cəlilabadda

Əkin sahəsində narkotik vasitələr aşkarlanıb-Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini E.Əsgərov Rayon Polis Şöbəsinə müraciət edərək kəndin ərazisində ona məxsus pay torpaq sahəsini şumlatdırarkən içərisində narkotik vasitə olmasını ehtimal etdiyi 9 ədəd bağlama tapdığını bildirib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı həmin bağlamanın içərisində 4 kiloqram 960 qram heroin, 895 qram tiryək və 198,339 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 126