Hüquq
13.11.2018 / 14:10

Narkotik vasitələr gətirən şəxs gömrükdə saxlanıldı

Narkotik vasitələr gətirən şəxs gömrükdə saxlanıldıDövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən narkotik vasitələr aşkar edilib.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, belə ki, onun əynindəki gödəkçənin sağ iç cibindəki kağız bükülünün içərisindən, ümumi çəkisi 1,512 qram olan tütünlə qarışıq kütlədə, təmiz çəkisi isə 1,021 qram, 1 ədəd kibrit qutusunun içərisindən, təmiz çəkisi 3,957 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana, 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,310 qram təşkil edən, narkotik vasitə olan - həşiş qətranı aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.



İnform.az

Baxış sayı: 131