Baş xəbər, Elm-təhsil
13.11.2018 / 12:40

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue Naxçıvan Dövlət Universitetində olub- FOTO

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue Naxçıvan Dövlət Universitetində olub-
Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayıb, universitetdə görməkdən məmnunluğunu bildirib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a veilən məlumata görə, rektor rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirən rektor universitetdə hal-hazırda 400-dən çox xarici tələbənin təhsil aldığını vurğulayıb.

Qeyd edilib ki, universitet müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsini həyata keçirir.

Universitetdə hər bir fakültə üçün ayrıca tədris korpuslarının olduğunu diqqətə çatdıran rektor bunu Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı kimi dəyərləndirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən səfir muxtar respublikaya ilk gəlişindən məmnunluq hissini ifadə edib.

Diplomat universitetdə ənənəvi metodlarla yanaşı, müasir tədris üsullarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqininonda xoş təəssürat yaratdığını bildirib. Elm və təhsil sahəsinə həssaslıqla yanaşdığını diqqətə çəkən səfir bunun əsas səbəbini gənc nəslin hər bir ölkənin gələcəyində mühüm payı olması ilə bağlayıb.

Muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşən diplomat gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyətindən danışıb.

Daha sonra səfirin Norveç və Azərbaycanda mövcud təhsil sisteminin müqayisəli cəhətlərinə dair sualları cavablandırılıb, təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue Naxçıvan Dövlət Universitetində olub-


Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue Naxçıvan Dövlət Universitetində olub-



İnform.az


Baxış sayı: 277