Mədəniyyət
13.11.2018 / 11:10

“Marvel Komiks”in yaradıcısı vəfat etdi

“Marvel Komiks”in yaradıcısı vəfat etdi
“Marvel Komiks” şirkətinin sabiq prezidenti, yazıçı, yaratdığı komiksləri ilə məşhurlaşan Sten Li 96 yaşında vəfat edib.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, Sten Linin doğmaları onun halının pisləşdiyini görüb, evə təcili tibbi yardım çağırıblar.

Lakin yazıçı xəstəxanaya aparılarkən vəfat edib.

Fevral ayında “Marvel” şirkətinin sabiq prezidenti ürək və nəfəs yollarındakı problemlərlə bağlı Cedars-Sinai xəstəxanasına yerləşdirilmişdi.

Həkimlər müalicədən sonra onun vəziyyətinin stabilləşdiyini qeyd etmişdilər.

Stenli Martin Liber 1922-ci ildə Nyu-Yorkda, Manhetten adasında dünyaya gəlib. Öz əsərlərində məhz bu rayonu qəhrəmanlarının yaşadığı məkan olaraq qeyd edirdi. Sten Li “Hörümçək adam”, “Fantastik Dördlük”, “X-Men”, “Daredevil”, “Halk” və “Dəmir adam” kimi “Marvel” komikslərinin yaradıcısıdır.

Yazıçı “Dəmir adam”, “Halk”, Hörümçək adam” və başqa filmlərdə epizodik rollarda çəkilib.

Son illər komikslərin müəllifi bir neçə xəstəlikdən əziyyət çəkirdi. O, xüsusən yazmaq və oxumaq qabiliyyətini itirməsindən şikayətlənirdi.


İnform.az

Baxış sayı: 262