Dünya
13.11.2018 / 11:00

“Su-30-ların Ermənistan ordusunda yeri yoxdur” - Ağabekyan

“Su-30-ların Ermənistan ordusunda yeri yoxdur” -“Mən bu qırıcıların nə dünən, nə də bu gün bizim ordumuzda yeri olmadığını deməyi özümə borc bilirəm”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə erməni diplomat Artur Ağabekyan Ermənistan Müdafiə naziri səlahiyyətlərini icra edən Davit Tonoyanın yeni Su-30 təyyarələri alma planını şərh edərkən bildirib.

Ağabekyan qeyd edib ki, bu Su-30 qırıcılarının Ermənistan ordusunda yeri yoxdur.

“Mən bu qırıcıların nə dünən, nə də bu gün bizim ordumuzda yeri olmadığını deməyi özümə borc bilirəm. Xüsusilə yüksək texnologiyanın dinamik şəkildə inkişaf etdiyi bir vaxtda bu təyyarələrdən istifadə mümkünsüzdür. Yeri gəlmişkən, bu fikirlər yaxın zamanlarda Rusiya siyasi rəhbərliyi tərəfindən də səsləndirilib”, - deyə o bəyan edib.


İnform.az

Baxış sayı: 159