Hüquq
13.11.2018 / 10:28

Həkimin əmlakına həbs qoyuldu

Həkimin əmlakına həbs qoyuldu2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında aparılan əməliyyat zamanı BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olan anestezoloq Firuz İbrahimovun əmlakı üzərinə həbs qoyulub və ölkədən getmək hüququ məhdudlaşdırılıb.

İnform.az-ın xəbərinə görə, bu barədə axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqlarını qoruyan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Könül Quliyevaya məlumat verib.

K.Quliyeva bildirib ki, Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Elgiz Qənbərov tərəfindən borclu həkim Firuz İbrahimov qətnaməni qərəzli şəkildə icra etməkdən boyun qaçırdığı üçün əmlakı üzərinə həbs qoyulmasına qərar verilib.

Eyni zamanda borclunun müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Nərimanov rayon məhkəməsinə təqdimat göndərilib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qərarı ilə Elnarə Tofiqqızının ölümündə birbaşa günahkar bilinən Firuz İbrahimov 2,5 il müddətinə azadlıqdan məhrum edilub. Lakin o, cəmi 10 ay həbs yatdıqdan sonra amnistiyaya düşərək həbsdən azad olunub. Bunun ardınca isə həbs müddəti tam başa çatmamış, 2017-ci ilin 1 aprel tarixində Bakı Sağlamlıq Mərkəzində anestezoloq kimi işə götürülərək yenidən fəaliyyətə başlayıb.


İnform.az

Baxış sayı: 129