İqtisadiyyat
13.11.2018 / 10:15

Azərbaycanlı iş adamları Təbrizdə qeyri-neft ixracının inkişafı ilə bağlı konfransa qatılacaqlar

Azərbaycanlı iş adamları Təbrizdə qeyri-neft ixracının inkişafı ilə bağlı konfransa qatılacaqlarTəbrizdə “İqtisadiyyat Diplomatiyası” adı altında İranın Qeyri-Neft İxracının İnkişafı Milli Konfransı keçiriləcək.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Təbrizin Ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri Səməd Həsənzadə deyib.

Onun sözlərinə görə, 21-22 noyabrda keçiriləcək konfransa İran İslam Respublikası və Şərqi Azərbaycan vilayəti ilə iqtisadi mübadilələri olan ölkələrin, o cümlədən Türkiyə, İraq, Azərbaycan və Naxçıvanın iş adamları və səfirləri, İran vilayətlərinin ticarət palatalarının rəyasət heyətləri qatılacaqlar.

S.Həsənzadə əlavə edib ki, bu konfransda bank, vergi, gömrük sahələrindəki problemlər araşdırılacaq və ümumilikdə bu problemlərdən çıxış yolları haqda təkliflər irəli sürüləcək.


İnform.az

Baxış sayı: 134