Elm-təhsil
12.11.2018 / 19:00

Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib- FOTO

Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib-
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 Noyabr – Azərbaycan Respublikasının Konstitutsiya Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutun rektoru Ceyhun Məmmədov 12 Noyabr - Azərbaycan Respublikasının Konstitutsiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Aİİ rektoru demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.

Aİİ İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən İnform.az-a verilən məlumata görə, C.Məmmədov qeyd edib ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan, Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Qeyd olunub ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

C.Məmmədov Ümummilli Lider Heydər Əliyevin dövlət-din siyasətinin özülünü qoyduğunu, bu münasibətlərin Əsas Qanunda öz əksini tapdığını vurğulayıb.

Bildirilib ki, Konstitusiyamızın qəbul olunmasından ötən 23 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəliş, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəricisidir. Aİİ rektoru qeyd edib ki, bu uğurların kökündəUlu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçıları olan
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanınuğurla gerçəkləşdirdiyi uzaqgörən siyasəti dayanır.

Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib-


Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib-



İnform.az

Baxış sayı: 190