Sosial
12.11.2018 / 17:30

“Hər ailə ağac əksin” kampaniyası davam edir- FOTO

“Hər ailə ağac əksin” kampaniyası davam edir-8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

“Hər ailə ağac əksin” devizi altında Ekologiya vəTəbii Sərvətlər Nazirliyitərəfindən başlanan aksiya 12 noyabr 2018-ci il tarixində Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8 minə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Xatırladaqki, 09 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılmışdı.

17 noyabr 2018-ci il tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.

EkologiyavəTəbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

“Hər ailə ağac əksin” kampaniyası davam edir-

İnform.az

Baxış sayı: 43