Elm-təhsil
12.11.2018 / 17:55

Aİİ-də psixoloqla görüş keçirlib- FOTO

Aİİ-də psixoloqla görüş keçirlib-
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Səssiz filmim: mən və aynam" mövzusunda növbəti seminarını keçirib.

Aİİ İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən İnform.az-a verilən məlumata görə, seminarı Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün,intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsiüçünmütəmadi olaraq müxtəlif mövzularda seminarlar və görüşlər təşkil edir.

Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyi iləyanaşı, tələbələrin sosial həyatlarının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.

Xəzər Universitetinin Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova“Səssiz filmim:Mən və aynam” mövzusundaçıxışı zamanı bildirib ki, seminarın məqsədigənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrində rol oynayan amilləri şərh etmək, şəxsin daxili dünyasında etdiyi səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir etdiyini göstərməkdir.

Seminar gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanıyaraq, daxili potensiallarını üzə çıxarma yolları üzərində duraraq, problemi həll etmə bacarıqlarına da istiqamətlənib.

Seminarda insan psixologiyasının “Daxili mən-özümlə söhbətin keyfiyyəti”, “Düşüncə-duyğu-davranışlarım”, “İstək və seçimlərim”, “Fürsətlərim və potensialım”, “Kəşfedilmiş mənlik - daxil sevgidən bəşəri sevgiyə doğru”, “Daxili səssizlik və yeni təcrübələrə səyahət” kimi əsas məqamları şərh olunub.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Aİİ-də psixoloqla görüş keçirlib-


Aİİ-də psixoloqla görüş keçirlib-



İnform.az

Baxış sayı: 225