Elm-təhsil
12.11.2018 / 17:35

12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa təşkil olunub- UTECA-da(Foto)

12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa təşkil olunub-
Azərbaycan Texnologiya Universitetində (UTECA) 12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masat əşkil olunub.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə,Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr bu günün tarixinə nəzər salıblar.

Qeyd edilibki, XX əsrin sonunda ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın ilk Konstitusiyasının hazırlanması məqsədilə vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xüsusi komissiya yaradılıb.

1995-ci ilnoyabrın 12-də ümumxalq referendumu keçirilərək Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilib və ölkəmizin bu ali qanun kitabı yekdilliklə qəbul olunub. 1996-cı ildən isə 12 noyabr Konstitusiya Günü kimi qeyd edilir.

Bildirilibki, AzərbaycanKonstitusiyası 5 bölmədən, 12 fəsildənvə 158 maddədən ibarətdir.

İştirakçılar Konstitusiyamızın Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qoruyan, demokratik quruluşa təminat verən, ədalətli iqtisadi və sosial qaydalara uyğun, hamının layiqli həyat səviyyəsini təmin edən, ümumbəşəri dəyərlərə sadiq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyətə əsaslanan prinsiplərindən danışıblar.

Sonda UTECA tələbəsi Nicat Nağıyevin ifasında"Torpağın səsi" mahnısı səslənib.

12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa təşkil olunub-


12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa təşkil olunub-


12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa təşkil olunub-


12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa təşkil olunub-


12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa təşkil olunub-




İnform.az

12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa təşkil olunub-

Baxış sayı: 138