Sosial
12.11.2018 / 17:05

BNA maneə yaradan halların aradan qaldırılması işlərinə başlayıb

BNA maneə yaradan halların aradan qaldırılması işlərinə başlayıbTəbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması işlərinə başlanılıb.

Bu barədə İnform.az-a BNA-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin hazırladığı layihəyə əsasən, Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi soladönmə zolağı təşkil ediləcək və sola dönən nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq.

Bununla yanaşı Təbriz küçəsində piyada keçidinin təşkili də nəzərdə tutulub.

Layihənin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadaların rahatlığının təmin edilməsi mümkün olacaq.

Xatırladaq ki, Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur.

Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.


İnform.az

Baxış sayı: 148