Hərbi
12.11.2018 / 16:20

Şəhid atası övladının toy günündə medalla təltif edilib

Şəhid atası övladının toy günündə medalla təltif edilib
Aprel döyüşləri zamanı şəhid olan hərbi qulluqçunun atası övladının toy günündə medalla təltif edilib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbi qulluqçu Ayaz Ələkbər oğlu Hüseynovun qardaşının toy mərasimi keçirilib.

Mərasimdə müxtəlif hərbi hissələrdə xidmət aparan yüksək rütbəli zabitlər, ictimai xadimlər və ətraf rayonlardan olan müharibə əlilləri, veteranları iştirak edib.

Hərbi vətənpərvərlik abu-havası yaşanan toy mərasimində ən çox diqqət çəkən məqamlardan biri də toy mağaranın Azərbaycan Bayrağı və digər milli simvollarla bəzədilməsi olub.

Təxminən mindən artıq iştirakçı olan toyda bəyin Atası Ələkbərov Hüseynov "Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi"nin ordunun yüz illiyi ilə bağlı təsis etdiyi medalla təltif edilib.

Xatırladaq ki, toy mərasimində ailənin yanında olan şəxslərdən biri də Azərbaycan Ordusunun Birlik komandiri, general-mayor Mayıs Bərxudarov olub.


İnform.az

Baxış sayı: 80