Elm-təhsil
12.11.2018 / 15:50

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Konstitusiya Gününə həsr olundu

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Konstitusiya Gününə həsr olundu
AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən İnform.az-a veriklən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyevaçaraq ilk öncə bu elm müəssisədə işləyən əməkdaşları və onların timsalında bütün Azərbaycan xalqını Konstitusiya Günü münasibəti ilə təbrik edib.

Akademik ümummilli lider Heydər Əliyevinrespublikada yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlərə, demokratik dəyişikliklərə nəzər salıb, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlardan danışıb.

İsmayıl Hacıyevulu öndər Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyanınyaradıldığını və Konstitusiya layihəsinin hazırlanaraq ümumxalq səsverməsinəçıxarıldığını diqqətə çatdırıb.

Bildirib ki, 12 noyabr1995-ci ildə keçirilən referendumda 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiya qəbul olunub.

Akademik yeni Konstitusiyanın qəbul edilməsi ilə ölkədə demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün hüquqi əsasın yarandığını vurğulayıb.

Bölmə sədri, həmçinin ötən 23 il ərzində Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişiklərdən də söz açıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda məruzəsi dinlənilib.


İnform.az

Baxış sayı: 55