İqtisadiyyat, Elm-təhsil
12.11.2018 / 15:45

“Banklar və Biznes” qəzetinin elan etdiyi tələbələrarası məqalə müsabiqəsinin müddəti uzadılıb

“Banklar və Biznes” qəzetinin elan etdiyi  tələbələrarası məqalə müsabiqəsinin müddəti uzadılıb“Banklar və Biznes” qəzetinin (BBN.az) elan etdiyi tələbələrarası məqalə müsabiqəsində məqalələrin qəbul müddəti 19 noyabr 2018-ci il tarixinədək uzadılıb.

Belə ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin dəstəyi ilə keçirilən müsabiqədə hazırda jurnalistika və iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alan bütün tələbələr iştirak edə bilərlər.
Müsabiqədə təqdim edilməli olan məqalənin mövzusu aşağıdakı kimidir:

“Məsuliyyətli borclanma”

Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:

Məsuliyyətli borclanma nə üçün önəmlidir;
Kredit üçün müraciət etməzdən əvvəl vətəndaş hansı məqamlara diqqət etməlidir;
Borclanma ilə bağlı qərarı verərkən ödəmə qabiliyyətinin, cari və gələcək gəlirlərin, xərclərin qiymətləndirilməsi nə üçün vacibdir;
Maliyyə öhdəliyinin vaxtında və tam icra edilməməsi borcalan üçün və bank –maliyyə sistemində hansı problemləri yarada bilər;
Məsuliyyətli borclanmanın təmin olunması üçün borcalanın öhdəsinə düşən vəzifələr;

Mükafat fondu:

1-ci yer – 500 manatlıq hədiyyə kuponu;
2-ci yer – 300 manatlıq hədiyyə kuponu;
3-cü yer – 200 manatlıq hədiyyə kuponu;
Növbəti 5yer – həvəsləndirici hədiyyələr.

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyən şəxs hazırda jurnalistika və ya iqtisadiyyat üzrə bakalavr və magistr təhsilini davam etdirməlidir;
Bir şəxs yalnız bir məqalə ilə müsabiqədə iştirak edəbilər;

Məqalə əvvəl heç bir kütləvi informasiya vasitəsində yayımlanmamalıdır.

Yazıya qarşı olan tələblər:

Məqalə “Times New Roman” yazışriftində, 11 puntoölçüsündə, 1.5 ara ilə hərtərəfdən 20 mm məsafədəolan A4 formatlı səhifədə yazılmalıdır;
Məqalənin həcmi 11 min simvoldan (boşluqlarnəzərəalınmadan) çox olmamalıdır.
Müraciət:
Hazırlanan məqalələr 19 noyabr 2018-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə redaktor@bbn.az elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd etməklə yollanmalıdır:

Şəxsiyyət vəsiqəsinin üzü;
Tələbə biletinin üzü;
Ev və ya mobil telefonu.




İnform.az

Baxış sayı: 58