Baş xəbər, Hüquq
12.11.2018 / 14:30

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abbasov Rabil Qədir oğluna qohumu Tərtər rayon sakini Süleymanov Rinat Məhərrəm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə çəkisi 0,208 qram heroin aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 146