Siyasət
12.11.2018 / 14:25

I Dünya müharibəsinin başa çatmasının 100 illiyi - DƏYİŞMƏYƏN ERMƏNİLƏR VƏ HAVADARLARI

I Dünya müharibəsinin başa çatmasının 100 illiyi -
Noyabrın 11-də I Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı Parisdə forum keçirilib.

Əsasən, Avropanı əhatə etmiş bu savaş nəticəsində Antanta blokundan 5 milyon 953 min 372 nəfər, “Üçlər ittifaqı”ndan isə 4 milyon 43 min 397 nəfər ölüb.

Aradan 100 il ötməsinə baxmayaraq, müharibənin əsas iştirakçılarının maraqları hələ də dəyişməyib. Dünyada savaş davam edir. Düzdür, bu gün bu ittifaqlar öz aralarında müharibə aparmasalar da, onların dəstəklədiyi bu və ya başqa silahlı qruplaşmalar Əfqanıstan, Liviya, İraq, Suriya, Yəməndə bir-biri ilə vuruşurlar. Yenə dinc insanlar ölür, milyonlarla sakin köçkün düşür. Bu baxımdan, dünya 100 il əvvəlki kimi qalıb, demək olar, dəyişməyib.

Elə I Dünya müharibəsindən sonra Azərbaycan torpaqlarının hesabına dövlətə sahib olmuş erməni xisləti, iddiası, yalanı, saxtakarlığı da dəyişməz olaraq qalıb. Paris forumunda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana da söz verilib.

Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin hədyanları, yalanları, saxtakarlıqları ilə sələflərindən heç nə ilə fərqlənmədikləri təsdiqlənib. Sadəcə, köhnə uydurmalar, şər-böhtanlar hazırda yeni adamların dilindən deyilir.

Bu beynəlxalq tədbirdəki çıxışında Nikol Paşinyan 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələri təhrif edib, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki separatçıların irəli sürdükləri iddiaları təkrar dilə gətirib.

Ötən yüz ildə və ondan sonra baş verənlərə nəzər salınarsa, ermənilərin oynadığı qarışdırıcı, iğtişaş yaradıcı rolları bir daha təsdiqlənər.

I Dünya müharibəsi zamanı erməni silahlıları Antanta blokunun təmsilçiləri - Rusiya və Fransanın yanında idi. Müharibənin sonuncu ili - 1918-ci ilin martında havadarlarının yardımı ilə ermənilər bütövlükdə Azərbaycanda 300 mindən çox azərbaycanlını soyqırıma məruz qoyublar. Cənubi Azərbaycanın Salmas, Xoy, Nəğədə, Urmiya, Culfa şəhərlərində və Muğan bölgəsində 250 min azərbaycanlını qətlə yetiriblər.

Həmin il martın 30-dan aprelin 3-dək Bakı şəhəri və quberniyanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa ərazilərdə Daşnaksütyundan olan erməni silahlı dəstələrini 10 minlərlə azərbaycanlı soyqırıma məruz qoyub. Rəsmi mənbələrə əsasən, Bakıda 15-20 min azərbaycanlı öldürülüb. Şamaxı şəhərinin müsəlman əhalisinə dəymiş maddi ziyanın ölçüsü orta hesabla 1 milyard rubldan artıq təşkil edib.

Ermənilər 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum zamanı 58 kənddə 1653-ü qadın və 965-i uşaq olmaqla, təxminən, 7 min nəfəri qətlə yetiriblər. Soyqırımı nəticəsində Qubada isə 6 min nəfər öldürülüb.

Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda törədilən qırğınlar nəticəsində öldürülən azərbaycanlıların sayı dəqiq bilinmir. 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan quberniyasında azərbaycanlıların 199 kəndini yer üzündən silibilər. Sonrakı dövrlərdə də ermənilər Azərbaycan türklərinə qarşı törədilən vəhşiliklərdə əsas rol oynayıblar. 1948-53-cü illər deportasiyası nəticəsində Yerevan şəhərinin azərbaycanlı əhalisi yarıbayarı azalmışdı. Bunu 1939-cu ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 6569 nəfər azərbaycanlının qeydə alınması qarşılığında 1959-cu ildə 3413 nəfərə enməsi əyani göstərir.

Beləliklə, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilib.

Moskvanın mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilib, 24 rayondan və Yerevan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən), təqribən, 100 min nəfər azərbaycanlı deportasiya edilib.

Bu məsələdə ermənilər fəallıq göstərərək Moskvanın qoyduğu “plan"ı 100 faizdən artıq yerinə yetiriblər. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı. Bununla da Ermənistanın azərbaycanlısızlaşdırılmasının üçüncü dalğasının həyata keçirilməsinə nail oldular.

SSRİ-nin qurulmasına başlanılan illərdə olduğu kimi, dağılan ərəfədə də ermənilər azərbaycanlıların Ermənistandan çıxarılmasını davam etdiriblər. 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kəndi və qəsəbəsi boşaldılıb. Bundan başqa, daha 6 şəhərdən 49 min 928 ailə və ya 250 min azərbaycanlı didərgin salınıb. 1988-1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.), 400 nəfərdən çox adam müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Azərbaycanlıların fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri təqribi hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir.

Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir. 1988-ci ilə kimi Qərbi Azərbaycandakı 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı (bu kəndlərin böyük əksəriyyəti qədim yaşayış məskənləri olduğundan onlarda yeni qəbiristanlıqlarla yanaşı, çox vaxt 2, 3, hətta 4-5 köhnə və qədim qəbiristanlıq vardı) erməni tapdağı altında qalıb və həmin qəbiristanlıqların əksəriyyəti yer üzündən silinib. Bəzilərinin yerində park salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib. Qədim Urud qəbiristanlığının izini itirmək üçün üzərinə 2 metr hündürlüyündə torpaq verilib, həmin ərazi illər ötdükcə kol-kos sahəsinə çevrilib.

Ermənilərin özbaşınalığı bununla bitməyib. Onlar Azərbaycanın Qarabağ bölgəsinin işğal edərkən Xocalı soyqırımını törədiblər. Azərbaycan kəndləri olan Malıbəyli, Qaradağlı və Ağdabanın işğalı nəticəsində 99 sakin qətlə yetirilib, azı 140 nəfər yaralanıb. Sakinlər silah yolu ilə öz kəndlərindən qaçqın salınıblar. Rəsmi məlumata əsasən, 1992-ci il fevralın 25-26-sı hadisələri zamanı Xocalının 613 sakini erməni silahlıları ilə Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən qətlə yetirilib.

Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşlı insanlar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb. 1275 nəfər əsir götürülüb, 150 Xocalı sakini itkin düşüb.

Hər halda bunlar bölgədə daim pozuculuq fəaliyəti ilə məşğul olan ermənilərin törətdiyi çoxsaylı cinayətlərin az bir hissəsidir. Əvvəllər bu funksiyanı ayrı-ayır erməni silahlı dəstələri həyata keçirirdisə, yüz ildən sonra onlar üçün yaradılan Ermənistan dövləti icra edir. Bu dövlətin işğalçılığı və qonşu dövlətlərin ərazi iddiaları səbəbindən Cənubi Qafqazda təhlükəsizlik daim təhdid edilir.

Beləliklə, 100 il sonra müharibənin əsas iştirakçısı olmuş qüvvələr kimi, ermənilər də dəyişməyib. Müxtəlif beynəlxalq tədbirlərdə onların rəhbərlərinə, indki halda Nikol Paşinyana saxtakarlıq, yalan üzərində qurulan çıxışlar etməsinə şərait yaradılır, buna imkan verilir. Bir əsrdir ermənilərin aparıcı şəxsləri bu etnosu başqalarının pis niyyətlərinin, dağıdıcı planlarının icrasına xidmət etdirirlər. Yoxsa Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransada Nikol Paşinyanın yalan danışmasına icazə verilərdi?!

I Dünya müharibəsinin başa çatmasının 100 illiyi -


I Dünya müharibəsinin başa çatmasının 100 illiyi -


I Dünya müharibəsinin başa çatmasının 100 illiyi -


I Dünya müharibəsinin başa çatmasının 100 illiyi -


I Dünya müharibəsinin başa çatmasının 100 illiyi -



İnform.az


Report.az

Baxış sayı: 77