Hüquq
09.11.2018 / 16:30

Qəbiristanlıqdan oğurluq etən şəxslər yaxalandılar

Qəbiristanlıqdan oğurluq etən şəxslər yaxalandılarSaatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinə noyabr ayının 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

RPŞ-də araşdırma aparılır.


İnform.az


Baxış sayı: 44