Siyasət
09.11.2018 / 13:40

Üzeyir bəyi riqqətə gətirən an: Tüklərim biz-biz oldu

 Üzeyir bəyi riqqətə gətirən an:"Parlamanımız açıldı, gördük. Fətəli Xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi."

İnform.az kult.az-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəylinin AXC-nin parlamentinin açılışı ilə bağlı yazdığı yazıda, üçrəngli bayrağımız haqqında qeydindəndir. Həmin vaxt Üzeyir bəy dövlət bayrağımızın necə böyük əhəmiyyət daşıdığını bu sözlərlə təsvir edirdi:

“Parlament binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi...

Məhəmməd Əmin öz nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endiriləməz!” dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın bütün tükləri biz-biz oldu!”


İnform.az

Baxış sayı: 36