Hüquq
09.11.2018 / 12:55

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Göygöl rayon sakini E.Məmmədov naməlum şəxsin onu videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib 50 manatını aldığını bildirib.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 37