Türkiyə
09.11.2018 / 12:35

Türkiyədə 103 hərbçi ilə bağlı mühüm qərar

Türkiyədə 103 hərbçi ilə bağlı mühüm qərarİstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində xidmət edən hərbçilərlə əlaqəsi istiqamətində aparılan araşdırmalar davam etdirilir.

İnform.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində təşkilatla əlaqədə şübhəli bilinən 2 polkovnik, 2 podpolkovnik, 6 mayor, 14 kapitan, 21 baş leytenant, 7 leytenant, 47 baş çavuş və 4 cavuş olmaqla ümumilikdə 103 hərbçi barədə saxlanılmaq qərarı verilib.

32 vilayətdə aparılan əməliyyat zamanı indiyə qədər artıq 74 şübhəli saxlanılıb.




İnform.az

Baxış sayı: 34