Dünya
09.11.2018 / 10:40

Rusiya “Admiral Kuznetsov”u təmir edə bilməyib

Rusiya “Admiral Kuznetsov”u təmir edə bilməyib"Rusiya rəsmiləri ölkənin yeganə aviadaşıyıcısı “Admiral Kuznetsov”un dənizdə batmasından sonra onu təmir edə bilməyəcəklərini etiraf ediblər".

İnform.az
ordu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri məlumat verib.

“Bizim “Admiral Kuznetsov”dan başqa bütün gəmilər üçün alternativlərimiz var. Aviadaşıyıcı üzərində təmir işləri həyata keçirməyə çalışdıq, lakin hazırda onun yenidən istifadəsi mümkün görünmür.”

Onun sözlərinə görə, Rusiya gəmiqayırma sənayesi aviadaşıyıcının yerləşdirilməsi üçün kifayət qədər böyük təchizatlara malik deyil.

Qeyd edək ki, sözügedən aviadaşıyıcı Murmanskda 82-ci gəmiqayırma zavodunda baş verən qəza zamanı batmışdı.


İnform.az

Baxış sayı: 43