Elm-təhsil
07.11.2018 / 17:00

Aİİ-də Tələbə Gənclər Təşkilatı yaradılıb- FOTO

Aİİ-də Tələbə Gənclər Təşkilatı yaradılıb-
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)Tələbə Gənclər Təşkilatının yaradılması ilə bağlı iclas keçirilib.

Bu barədə İnform.az-a Aİİ ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən məlumat verilib.

Məlumata görə, iclasda Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov, Azərbaycan TələbəGənclər Təşkilatları İttifaqının (ATGTİ)Tələbə Gənclər Təşkilatları(TGT) iləİş departamentinin direktoru Ləman Cavadova və İnstitutun tələbələri iştirak ediblər.

Tələbə Gənclər Təşkilatları ilə İş departamentinin direktoru Ləman Cavadova çıxış edərək, təşkilat üzvlərinin və sədrin seçilməsi ilə bağlı qaydaları izah edib. Sonra İnstitutun Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə mövcud olan 9 qrupunhər birindən bir nəfər olmaqla,Aİİ Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə namizəd seçilmiş tələbələr tanıtım slaydı və platforma ilə təqdimat ediblər.

Beşnəfərlik Təftiş Komissiyası müəyyənləşdikdən sonra, irəli sürülmüş namizədlər arasından açıq səsvermə yolu ilə Dinşünaslıq ixtisasından III kurs tələbəsi Bəhmən ƏsədliAİİ Tələbə Gənclər Təşkilatının sədri seçilib.

Sonda dekan Mirniyaz Mürsəlov çıxış edərək, Aİİ TələbəGənclər Təşkilatı üzvlərinin və sədrin üzərinə düşən vəzifə məsuliyyətini xatırladıb, onların təhsil və tədrisdə, İnstitutun ictimai həyatında daha fəal olmalarının, digər tələbələrə nümunəvi davranışlarla örnək göstərmələrinin vacibliyini vurğulayıb.

Xatırladaqki, ATGTİAzərbaycan Respublikası Prezidenti Administrasıyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli Sərəncamına əsasən yaradılıb. İttifaq Azərbaycan Respublikasının 96 dövlət və özəl ali məktəbinin TələbəGənclər Təşkilatını özündə birləşdirir.

Aİİ-də Tələbə Gənclər Təşkilatı yaradılıb-


Aİİ-də Tələbə Gənclər Təşkilatı yaradılıb-


Aİİ-də Tələbə Gənclər Təşkilatı yaradılıb-



İnform.az


Baxış sayı: 47