Hüquq
07.11.2018 / 16:45

Avtomobildə gizlədilmiş siqaretlər aşkar edilib- GÖMRÜKDƏ

Avtomobildə gizlədilmiş siqaretlər aşkar edilib-Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Oka" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra 2 nəfər hal şahidi dəvət edilib və avtomobilə baxış keçirilib.

Baxış zamanı, nəqliyyat vasitəsinin salonundan, ön sol, sağ oturacaqlarının və sağ ayaqaltının altından, torpedadan, baqaj hissəsindən 2400 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 89