Diaspora Akademiyası
07.11.2018 / 16:30

Nümayəndə heyəti İsveç Azərbaycan Birliyinin tədbirində iştirak edib

Nümayəndə heyəti İsveç Azərbaycan Birliyinin tədbirində iştirak edibİsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İsveç Azərbaycan Birliyinin təşkil etdiyi tədbirə qatılıb.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açanDövlət Komitəsinin sədriİsveçə səfəri çərçivəsində keçirilən görüşlərdən və əldə edilən razılaşmalardan ətraflı məlumat verərək,səfər çərçivəsində təsis konfransına da qatıldıqlarını bildirib.

Koordinasiya Şurasının yaradıldığını və koordinatorların seçildiyini qeyd edərək, bununla da diasporun yeni eraya qədəm qoyaraq Skandinaviya regionundakı fəaliyyətinin daha aktiv və məqsədyönülü şəkildə həyata keçiriləcəyinə əminliyini vurğulayıb.

SAF - İsveç-Azərbaycan Birliyinin rəhbəri Sevda Dadaşova təşkilat fəalları ilə görüşə gəldiyi üçün nümayəndə heyətinə minnətdarlığını bildirərək,rəhbərlik etdiyi təşkilatınfəaliyyətindən, keçirdiyi tədbirlərdən vəqarşısına qoyduğu məqsədlərdən söz açıb.

Diaspor fəaliyyəti ilə bağlı interaktiv müzakirələrlə keçən tədbir bədii hissə ilə davam etdirilib.Bədii hissədə uşaq musiqi-rəqs qrupu tərəfindən Azərbaycan milli rəqslərinin ifası böyük marağa səbəb olub.

Sonda Dövlət Komitəsi tərəfindənSAF təşkilatının uşaq musiqi-rəqs qrupuna hədiyyələr təqdim edilib.


İnform.az



Baxış sayı: 220