İdman
07.11.2018 / 15:23

Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak edəcək

Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak edəcək8 noyabr 2018-ci il tarixində İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin İcraiyyət Komitəsinin növbəti iclası keçiriləcək.

MOK-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, iclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək.

Həmçinin, tədbir çərçivəsində AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər.


İnform.az

Baxış sayı: 92