Baş xəbər, Hüquq
07.11.2018 / 15:05

İrandan Azərbaycana satmaq üçün heroin gətirən şəxs saxlanılıb- FOTO

İrandan Azərbaycana satmaq üçün  heroin gətirən şəxs saxlanılıb-
Daxili işlər orqanları tərəfindən yüksək psixotrop təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil xüsusi nəzarət qaydasında Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Onun avtomobilində olan Masallı rayon sakini İltimas Əliyevin üzərinə baxış keçirilən zaman selofan torbaya bükülmüş içərisində 1 kiloqram 100 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı İ.Əliyevin həmin narkotik vasitəni Masallı rayonu ərazisində “Hacı” adlı İran vətəndaşından aldığı və İ.Babayevlə birlikdə satmaq məqsədi ilə Sumqayıt şəhərinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İrandan Azərbaycana satmaq üçün  heroin gətirən şəxs saxlanılıb-


İrandan Azərbaycana satmaq üçün  heroin gətirən şəxs saxlanılıb-


İrandan Azərbaycana satmaq üçün  heroin gətirən şəxs saxlanılıb-


İrandan Azərbaycana satmaq üçün  heroin gətirən şəxs saxlanılıb-


İrandan Azərbaycana satmaq üçün  heroin gətirən şəxs saxlanılıb-



İnform.az

Baxış sayı: 112