Dünya
07.11.2018 / 13:30

"Ya İranı, ya da ABŞ-ı seçməliyik"- İrəvanda çarəsiz durum

"Ya İranı, ya da ABŞ-ı seçməliyik"-"İrəvanın İranla münasibətlərini minimuma endirməsi üçün ABŞ-ın Ermənistana təzyiqləri davam edəcək".

İnform.az
axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının Siyasi Məsələlər üzrə rəhbəri Kiro Manoyan deyib.

“Təzyiqlər davam edəcək. ABŞ-da bu cür qərar verilib. Bu qərarın nə dərəcə ədalətli olması başqa məsələdir. Bizim üçün məsələ çox çətindir. Eyni anda həm ABŞ-ı razı salıb, həm də İranla münasibətləri qorumaq olmaz. Yeganə yol ABŞ-dakı erməni diasporunun Ermənistanın heç bir alternativinin olmamasını Vaşinqtona anlada bilməsidir”, – deyə o bildirib.


İnform.az

Baxış sayı: 48