Sosial
07.11.2018 / 13:00

Sabahın hava proqnozu- XƏBƏRDARLIQ!

Sabahın hava proqnozu-08 noyabrda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın08-dəgün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda vəAbşeron yarımadasında gecə8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 08-dəhava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-18° isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Noyabrın 08-09-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.


İnform.az

Baxış sayı: 57