Dünya
30.07.2015 / 06:48

Diyarbəkirdə polis avtomobilinə silahlı hücum

Diyarbəkirdə polis avtomobilinə silahlı hücum

İnform.az Türkiyyənin hüriyyət.com saytına istinadən xəbər verir ki, Diyarbəkirdə polis maşınına hücum olub. Hadisə nəticəsində 2 nəfər ölüb bir nəfər isə yaralanıb.

Hadisə Diyarbəkirin Çinar Mahalında patrul vəzifəsini yerinə yetirən polis avtomobilinə qarşı təşkil edilib. Həlak olanlardan biri polis, yaralanan və həlak olmuş digər şəxs isə hadisə zamanı yaxınlıqda olan sadə vətandaşlar olub.

Türkiyə polisi təcavüzkarın tutulması üçün geniş miqyaslı əməliyyatlara başlayıb.

İnform.az

Baxış sayı: 347