Elm-təhsil
07.11.2018 / 12:00

ATMU-nun müəllimi Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Forumda- FOTO

ATMU-nun müəllimi Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Forumda-
Oktyabrın 30-dan noyabr ayının 4-nə kimi Çin Xalq Respublikasının paytaxtı Pekində Dünya Bankının, Çin İnkişaf Bankının və Çin Sosial Elmlər Akademiyasının müştərək təşkilatçılığı ilə 500-ə yaxın iqtisadçının qatıldığı “Yeni erada yoxsulluğun azaldılması” adlı beynəlxalq forum keçirilib.

Tədbirin gündəliyinə “Dayanıqlı inkişafın təmin edilməsində mümkün islahatlar”.“Yoxsulluğun azaldılmasında xarici təcrübələr” və“Yoxsulluğun azaldılmasında beynəlxalq əməkdaşlıq”məsələləri daxil idi.

Müzakirələr Dünya Bankının Prezidenti Cim Yonq Kim, Beynəlxalq Valyuta Fondunun Vitse-Prezidenti Devid Lipton və BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının Sədri Xose Qraziano De Silvanın rəhbərliyi ilə keçirilib.

Adıçəkilən beynəlxalq forumda ökəmizi AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi, Azərbaycan Turizm və Menecment Universiteti“İqtisadiyyat” kafedrasının müəllimi Əkbər Hüseynov təmsil edib.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, “Azərbaycanda Yoxsulluğun azaldılması istiqamətləri”mövzusuna həsr etdiyi təqdimat- çıxışı zamanı Ə.Hüseynov“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının əhəmiyyəti və büdcə xərclərinin yoxsulluğa təsirinin ekonometrik hesablamalarından çıxan nəticələrə analitik mövqe sərgiləyib.

“Yeni erada yoxsulluğun azaldılması”mövzusunda keçirilən beynəlxalq forum iştirakçıları Çin hökümətinin yoxsulluğun azaldılması yolunda son on ildə gördüyü işlər və yaratdığı yeni infrastrukturlarla yaxından tanışlıqməqsədilə ölkənin Şenzen, Honq-Konq Şanxay, Zuanqzou şəhərlərində olublar.

Qeyd edək ki, Əkbər Hüseynov ÇXR-da 2016-cı ildə keçirilən “Gənc tədqiqatçıların iqtisadi məsələlər üzrə beynəlxalq seminar”da,ötən il “Bir kəmər - bir yol (One belt one road)” ölkələrinin iqtisadi inkişaf və enerji təhlükəsizliyi əməkdaşlığı” adlı beynəlxalq konfransda iştirak edib.

ATMU-nun müəllimi Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Forumda-


ATMU-nun müəllimi Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Forumda-


ATMU-nun müəllimi Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Forumda-


ATMU-nun müəllimi Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Forumda-


ATMU-nun müəllimi Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Forumda-



İnform.az


Baxış sayı: 78