Sosial
07.11.2018 / 11:48

DOST Mərkəzləri üzrə vəzifə təlimatları hazırlanıb

DOST Mərkəzləri üzrə vəzifə təlimatları hazırlanıbBakıda yaradılacaq ilk mərkəz üçün işçi heyətin seçimi də aparılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində yol xəritəsi əsasında işlər davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində “DOST” mərkəzləri üzrə çalışacaq əməkdaşlar üçün onların bilməli olduqları məsələləri, fəaliyyət istiqamətlərini, vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini və s. əhatə edən 25 vəzifə təlimatı da hazırlanıb.

Bakıda yaradılacaq və ilkin mərhələdə Yasamal və Səbal rayonlarının əhalisinə xidmət göstərəcək ilk “DOST” mərkəzi üçün işçi heyətinin seçimi prosesi də aparılıb.

“DOST” mərkəzlərində dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması təmin olunacaq.

Eyni zamanda, mərkəzlərdə çalışacaq əməkdaşların fəaliyyətində əsas prinsip müraciət edən vətəndaşlarla mədəni, səmimi, onların məmnun qala biləcəyi nəzakətli davranış tərzinə malik olmaqdır.

Vəzifə təlimatlarının hazırlanması və işçi heyətinin seçimində müvafiq bilgi və bacarıqlarla yanaşı, bu cəhətlərə də xüsusi diqqət yetirilir.


İnform.az

Baxış sayı: 67