Ədəbiyyat
07.11.2018 / 11:34

Məşhur yazıçıların ən sevdiyi əsərlər- “Çevrilmə”,“Hərb və sülh”

Məşhur yazıçıların ən sevdiyi əsərlər-
Deyirlər, yazıçılar ölməmişdən öncə minlərlə insanın, kitab oxumayanlar isə yalnız bir həyatı yaşayırlar. Kitab gözəl dost, eyni zamanda ən yaxşı intelektual istirahətdir. Kitablar insanın həyatında iz buraxır və onun ən sevdiyi kitaba çevrilir.

Bəs öz əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanan məşhur yazıçıların sevdiyi kitablar hansılardır?

AzEdu.az məşhur yazıçıların sevdiyi kitabları sizin diqqətinizə çatdırır:

Amerikalı yazıçı olan Stiven Kinq romanları ilə geniş oxucu kütləsini özünə cəlb edib. Onu məşhurlaşdıran əsəri əfsanəvi “Qaranlıq Qala” kitablar seriyasıdır. Onun ən sevdiyi kitab isə Qoldinqin “Milçəklər kralı” əsəridir.

Rus əsilli ABŞ yazıçısı olan Vladimir Nabokovun “Lolita”əsəri məşhurdur. Onun sevdiyi kitab isə Kafkanın “Çevrilmə” əsəridir.

Amerikanın görkəmli yazıçı, jurnalisti, ictimai xadim olan Mark Tven oxuculara daha çox "Haklberri Finin sərgüzəştləri" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır. Onun sevdiyi kitablar isə “Min bir gecə nağılları”, Tomas Melorinin “Kral Arturun ölümü” əsəridir.

Amerikalı yazıçı və jurnalist olan Ernest Miller Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələri ilə tanınır. O, qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərib. Yazıçının ən sevdiyi kitab Lev Tolstoyun “Hərb və sülh” əsəridir.

Amerikalı yazıçı, jurnalist, eyni zamanda musiqiçi olan Den Braun yazdığı əsərləri ilə geniş oxucu kütləsini özünə cəlb edib. O, riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası-professor Riçard Braun Fillips-Ekseter Akademiyasında riyaziyyat müəllimi olub. Professor Riçard Braunun yazdığı dərs vəsaiti ilə indi də ABŞ orta məktəblərində istifadə edirlər. Anası-Konstansiya Braun həmin təhsil müəssisəsində musiqi dərsi deyib. Den Braunun ən sevdiyi kitab isə Uilyam Şekspirin “Heç nədən hay-küy”əsəridir.

İngilis yazıçısı olan Ceyn Ostin “Qürur və Qərəz” əsəri ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb. Onun ən sevdiyi kitab isə Samel Riçardsonun “The History of Sir Charles Grandison” əsəridir.

Britaniyalı yazıçı olan Con Roulinq dünyanın ən varlı xanım yazıçısıdır. Onun ən sevdiyi kitab isə Ceyn Ostinin “Emma”əsəridir.

Çağdaş Amerika ədəbiyyatının görkəmli simalarından biri də Paul Austerdir. Onun sevdiyi kitablar Lev Tolstoyun “Hərb və sülh”, F.M. Dostoyevskinin “Cinayət və cəza” romanıdır.

Amerikalı yazıçı olan Anna Raysın əsl adı Hovard Allın Obrindir. Anna məktəbdə adını deməyə utandığından belə tanınmağa üstünlük verib. Onun ən sevdiyi kitab isə C.Londonun “Martin İden” əsəridir.

azedu.az

Baxış sayı: 44