Baş xəbər, Hüquq
07.11.2018 / 10:20

Təcridxanaya narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Təcridxanaya narkotik vasitələrin keçirilməsinin qarşısı alınıbPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında psixotrop və narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rzayev Mürvət Fətulla oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhəri, Köhnə Corat qəsəbə sakini Sənan Tasim oğlu Abdullayevin üzərinə baxış keçirilən zaman ayağında olan bint sarğısının içərisində xüsusi üsulla gizlədilmiş bükümdən çəkisi 0,050 qram psixotrop preparat - metamfetamin, 0,831 qram heroin və 1,726 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 77