Sosial
07.11.2018 / 10:10

Heyvanlara qarşı rəhmsiz münasibət yolverilməzdir

Heyvanlara qarşı rəhmsiz münasibət yolverilməzdir
Son günlər ölkədə sahibsiz itlərə qarşırəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır.

Bildiririk ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətindətəqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb.


İnform.az

Baxış sayı: 79