Hərbi
06.11.2018 / 18:45

Ermənistanın müdafiə büdcəsi 2019-cu ildə 26,6% artacaq

Ermənistanın müdafiə büdcəsi 2019-cu ildə 26,6% artacaq“Ötən ay hökumət tərəfindən təsdiqlənmiş 2019-cu il üçün büdcə layihəsi gəlirlərin 1,5 trilyon dram, xərclərin isə 1,6 trilyon dram (1 dollar - 487,52 dram) məbləğində olacağı təsbit olunub”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə naziri vəzifəsini icra edən David Tonoyan bildirib.

Büdcənin 24%-i müdafiə, təhlükəsizlik və ictimai asayişin qorunmasına sərf ediləcək.

Tonoyan yeni silahların alınmasına nə qədər vəsait sərf edəcəyini söyləməkdən imtina etsə də, qeyd edib ki, nazirlik çox sayda yeni silah növlərinin satın alacaq.


İnform.az

Baxış sayı: 65