Türkiyə
06.11.2018 / 18:35

"İrana qarşı sanksiyalara tabe olmayacağıq"- Ərdoğan

"İrana qarşı sanksiyalara tabe olmayacağıq"-“ABŞ-ın bu addımı dünyada balansı pozmağa yönəlib”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibətini bildirib.

İnform.az tvreal.az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti rəsmi Tehrana qarşı sanksiyaların düzgün olmadığını qeyd edib.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun bu addımı dünyada balansı pozmağa yönəlib.

“Biz bu cür sanksiyalara tabe olmayacağıq. Mən sanksiyaların tətbiqini düzgün qərar hesab etmirəm”, - deyə R.T.Ərdoğab bildirib.

Prezident həmçinin sanksiyaların beynəlxalq hüquq normalarına zidd olduğunu deyib və Ankaranın “imperialist dünyada yaşamaq istəmədəyini” bildirib.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə hər il İrandan 10 milyard kubmetr qaz alır.


İnform.az

Baxış sayı: 46