Baş xəbər, İqtisadiyyat
06.11.2018 / 18:00

Öz biznesini qurmaq istəyən xanımların NƏZƏRİNƏ!

Öz biznesini qurmaq istəyən xanımların
Dəyərli xanımlar!

Sizin dərzi, bərbər, vizajist, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, tikiş, dizayner və başqa peşələr üzrə bilik və bacarıqlarınız varsa, bu bacarıqlardan istifadə edib öz biznesini qura bilərsiniz.

Bununla əlaqədar olaraq sizi Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilən "Sahibkarlığın əsasları” mövzusunda təlimə dəvət edir.

İnform.az ASK-nin Kadrlar və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatına istinadən bildirir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Yekunda təlimdə iştirak edən və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcək.

Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaq.

Təlimdə iştirak etmək istəyən xanımlardan https://sahibkarliq.typeform.com/to/SuB2H5 qeydiyyatdan keçmələri tələb olunur.

Son müraciət tarixi:


9 noyabr, 2018-ci il 18:00-dək.

Təlim 10-11 noyabr, 2018-ci il tarixlərində ASK-da 10:00-dan 17:00 kimi, Bakı, Həsən Əliyev küçəsi 57, ünvanında keçiriləcək.


İnform.az

Baxış sayı: 86