Hüquq
06.11.2018 / 17:25

Avtomobil oğrusu yaxalanıb- Şamaxıda

Avtomobil oğrusu yaxalanıb-
Noyabrın 5-də Şamaxı rayonu Şəhriyar qəsəbə sakini Elşad Mehraliyev Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək bir gün əvvəl ona məxsus “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.

Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan İnform.az-a verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəlilərin E.Mehralıyevin həmyerliləri, Şəhriyar qəsəbəsinin sakinləri-əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev və Şəhruz Eyvazzadə olduğu müəyyən edilib.

Görülən tədbirlərlə hər iki şəxs saxlanılıb və onlar törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


İnform.az

Baxış sayı: 101