Baş xəbər, Sosial
06.11.2018 / 17:00

Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinlərinin problemlərini dinləyib- FOTO

Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinlərinin  problemlərini dinləyib-
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri ilə görüşüb.

İcra Hakimiyyətindən İnform.az-a verilən məlumata görə, görüşdə Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib.

Şəhər rəhbərinə məlumat verilib ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsi 107,7 hektar əraziyə malikdir. Sakinlərinin sayı 483 nəfər, qəsəbədə olan təsərrüfat sayı isə 116-dır.

“Açıq mikrofon” şəraitində keçən görüşdə qəsəbə sakinləri öz problemlərini dilə gətiriblər. Bildirilib ki, Hacıkənddə vahid su şəbəkəsi və kanalizasiya sistemi yoxdur, burada yeni su xəttləri və sanitar qovşaqların çəkilməsinə ehtiyac var.

Həmçinin qəsəbənin 5 küçə və 2 dalanının gecə işıqlanması mövcud deyil. Bununla yanaşı qəsəbədə mağaza və ya marketin olmaması da sakinlər üçün çətinlik yaradır.

Səslənən müraciətlər arasında işlə təminat, yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, diabet xəstələrinin dərman preparatları ilə təminatı, sənədsiz ev və təsərrüfatların rəsmiləşdirilməsi kimi məsələlər də yer alıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, hazırda Gəncənin 30-a yaxın küçəsinin asfalt örtüyü yenilənir, həmin küçələrdə müasir gecə işıqlanması qurulur. Gəncədə icra olunan şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində də işlər davam etdirilir.

Qəsəbədə olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, səslənən bəzi problemlərinin qeydiyyata alınaraq araşdırılması üçün göstəriş verib. Dilə gətirilən bir çox məsələlər isə yerindəcə öz həllini tapıb.

Qeyd edəki ki, məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etmək olan səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun şəkildə mütəmadi olaraq keçirilir.

Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinlərinin  problemlərini dinləyib-


Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinlərinin  problemlərini dinləyib-


Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinlərinin  problemlərini dinləyib-




İnform.az


Baxış sayı: 80