İqtisadiyyat
06.11.2018 / 16:20

AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub- FOTO

AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub.

Bu barədə İnform.az-a ASK-nin Kadrlar və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, AMEA və “Caspian European Club” –un təşkilatçılığı ilə keçirilən infoturda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs, biznesə dəstək təşkilatların və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov rəhbərlik etdiyi parkın fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, Yüksək Texnologiyalar Parkı ilə tanışlıq, ötən həftə AMEA və “Caspian European Club”un təşkilatçılığı ilə keçirilən biznes forumun davamıdır.

N.Şükürov bildirib ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi ilə yaradılmışdır.

Qonaqlar “YT Park”nın rezidenti olan “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksində mühərrik və sürtkü yağlarının istehsalı üçün nəzərdə tutulan sahə və ofis kompleksi ilə tanış olublar. “YT Park”ın fəaliyyəti, rezidentləri və onların istehsal edəcəkləri məhsullar haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, şirkət avtomatik trasnmissiyalar, sükan hidrogücləndiricisi, əyləc üçün yüksək keyfiyyətli mayelər və digər məhsullar istehsal edir. Texnologiya parkının rezidentləri üçün bir sıra vergi və gömrük güzəştləri ilə yanaşı, xüsusi imtiyazların nəzərdə tutulduğunu deyən N.Şükürov sahibkarları bu imkandan yararlanamağa dəvət edib.

“YT Park”da rezidentlər üçün yaradılan şəraitdən məmnunluğunu bildirən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “YT Park”ının böyük iqtisadi potensiala və perspektivlərə malik olduğunu qeyd edib.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirdi ki, Latviya farmaseptika və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük təcrübəyə və yüksək texnologiyaya malikdir.

Gələcəkdə AMEA ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayan səfir bildirib ki, Latviya şirkətlərinin “YT Park”-ına rezident kimi cəlb olunması üçün Latviya şirkətlərinin nümayəndələri ilə danışıqlar aparacaq.

AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-


AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-


AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-


AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-


AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-


AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-


AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-


AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub-



İnform.az

Baxış sayı: 47