Diaspora Akademiyası
06.11.2018 / 15:00

Ravvin Artur Şnayer Azərbaycandakı tolerantlıqdan danışıb- FOTO

Ravvin Artur Şnayer Azərbaycandakı tolerantlıqdan danışıb-
“Appeal of Conscience”(“Vicdanaçağırış”)Beynəlxalq Fondunun təsisçisi və prezidenti, dünyanın ən nüfuzlu yəhudi din xadimlərindən biri olan Ravvin Artur Şnayer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib.

Bu barədə İnform.az-a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, dinlərarası dialoqun dərinləşməsində rolu,həyata keçiridiyi layihələrlə bağlı müzakirələr aparılıb.

Mərkəzin təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumlarının xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət etdiyi vurğulanıb. Azərbaycanda çoxəsrlik tolerantlıq ənənlərinin yəhudi və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rola malik olduğu qeyd olunub.

Azərbaycanın antisemitizm meyillərinin heç vaxt özünə yer tapmadığı nadir ölkələrdən biri olduğu qeyd edilib.

ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində sinaqoqa hücumun bütün dünya tərəfindən qınağa tuş gəldiyi vurğulanıb. Belə bir həssas dövrdə mərkəzin müxtəlif konfessiyalar arasında birlik və həmrəylik ideyalarını təbliğ etməsinin təqdirəlayiq olduğu bidirilib.

Qeyd edək ki, “Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biiri hesab olunur.

Əlli ildən çoxdur ki fəaliyyət göstərən “Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondu müxtəlif dinlər arasında sözdə və əməldə tolerantlıq, məhəbbət, qarşılıqlı ehtiram ideyalarını təbliğ edir. Fondda dünyanın tanınmış liderləri və din xadimləri, nüfuzlu siyasətçilər, dövlət adamlarıtəmsil olunur.

Ravvin Artur Şnayer Azərbaycandakı tolerantlıqdan danışıb-


Ravvin Artur Şnayer Azərbaycandakı tolerantlıqdan danışıb-



İnform.az

Baxış sayı: 41