Diaspora Akademiyası, Mədəniyyət
06.11.2018 / 14:44

Nyu Yorkda Qara Qarayeva həsr olunan konsert keçiriləcək

Nyu Yorkda Qara Qarayeva həsr olunan konsert keçiriləcəkNoyabırın 25-də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində “Tribeca Performing Arts Centre”də dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş konsert baş tutacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, konsert Bakı-Bruklin Dostluq Assosiasiyasının və AZZEM beynəlxalq fondunun dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Azərbaycanın böyük bəstəkarı və pedaqoq Qara Qarayevin bu il 100 illik yubileyidir.

Bu münasibətlə dünyanın bir çox ölkələrində dahi bəstəkara həsr olunmuş, konsert, xatirə gecəsi və müxtəlif tədbirlər keçirilir.


İnform.az

Baxış sayı: 1125