Şərhlər
06.11.2018 / 14:00

Analarım şöhrətçün çalışmadılar, imza qoydular...

Analarım şöhrətçün çalışmadılar, imza qoydular...Lalə Əliyevanın facebook səhifəsindən:

Mənim anam və mənim anam...

Mailə Muradxanlı - ondan tərbiyə almışam və Solmaz Əmirli - ondan bu gün də öyrənirəm...


Analarım şöhrətçün çalışmadılar, imza qoydular.

Hər həftə saat 11-də Space radioda Solmaz xanımın “Ünsiyyət”ini dinlədikcə, yadıma o günlər düşür...

Uşaq idik, laap balaca. Səhər tezdən yuxudan adı əfsanə diktorların gur səsinə oyanardıq: “Sabahınız xeyir, əziz dinləyicilər!”.. İstirahət günləri Səməndər Rzayevin “BULAQ” kimi səsi.. Axşamüstü ustadların “Müğam axşamı”, gecələr ən parlaq aktyorlarla radio tamaşaları... Bəhbəh -bəs Turabov və Rübabə Muradovanın duetiylə “Klassik irsimizdən”!!!

Hə, elə bilirdik radio budu - sehirli qutu.

İndi fm radiolarının qulaqbatırıcı qarışıq dalğaları arasından Solmaz anamın səsi gələndə kövrəlirəm... necə tək- tənha, necə güclüymüş mənim analarım!..

Solmaz xanım nə vaxtdı danlayır məni: “qızım, mama haqqında veriliş çək, hamıdan danışdın, öz anan qaldı...”

Elə anam da belə olub, hamını çəkib, özü qalıb. Bir albom ağ-qara şəkillə neyləyim mən

40 il işlədiyi dövlət kanalına üz tuturam, “Mailə xanım məktəbdi! Mən fəxr edirəm ki, onun tələbəsiyəm!” pıçıldayanlara “arxivdən anamın materiallarını çıxarmağa kömək eləyin” deyirəm... 8 ildi xəbər yoxdu. Hamısının başı qarışıqdı, bəlkə də dissertasiya yazırlar ))

Amma mən də analarımın balasıyam ) M.Muradxanlıdan bircə görüntü vermədən də ona heykəl ucalda bilərəm. İmzasıyla!

Bilirsiz, anamın məzar daşına da onun şəklini deyil, elə imzasını həkk eləmişik, görənlər bilir )

Bayramınız mübarək, əziz insanlar! Mamam və mamam! Mənə təkcə redaktor olmağı deyil, parlaq istedadlara ana kimi qayğı göstərməyi də nəsihət eləmisiz. Çalışıram.

Analarım şöhrətçün çalışmadılar, imza qoydular...


Analarım şöhrətçün çalışmadılar, imza qoydular...



İnform.az


Baxış sayı: 67