Elm-təhsil
06.11.2018 / 13:30

Aİİ tələbələrin asudə vaxtının səmərəli təşkili üçünmüxtəlif tədbirlər keçirir

Aİİ tələbələrin asudə vaxtının səmərəli təşkili üçünmüxtəlif tədbirlər keçirirAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəlitəşkili üçün müxtəlif tədbirlər silsiləsini davam etdirir.

Bu barədə İnform.az-a Aİİ Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, institutda müxtəlif sosialyönümlü, maarifləndirici tədbirlərlə yanaşı, əyləncəliproqramların da təşkilinə başlanılıb.
Bu məqsədlə, həftənin şənbə günləri saat 14:00-da Aİİ-nin konfrans zalında film nümayişlərinin təşkili nəzərdə tutulub.

İlkin olaraq “Yaşamaq gözəldir” adlı film göstərilib, fasilədə kofe-breyk təşkil edilib, filmin nümayişindən sonra isə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə,vətənpərvərlik hisslərinin gücləndirilməsinə,mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.


İnform.az






Baxış sayı: 54