Mədəniyyət
06.11.2018 / 13:19

Nazirdən sponsorluqla bağlı maraqlı təklif

Nazirdən sponsorluqla bağlı  maraqlı təklif"Bu gün mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluq qanunvericilik çərçivəsində həll olunmalıdır."

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir təklif edib ki, mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericilik bazası yaradılsın: "Hazırda mədəniyyətin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında çox qətiyyətli addımlar atılıb”.


İnform.az

Baxış sayı: 49